7 sığorta agentinin lisenziyası ləğv edildi

7 sığorta agentinin lisenziyası ləğv edildi
04.08.2025 15:02 Maliyyə

Azərbaycan Mərkəzi Bankı (AMB) 7 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.

Bu barədə TodayPress TV-yə tənzimləyici qurumdan məlumat verilib.

Məlumata görə, bu qərar iyulun 30-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alınaraq qəbul edilib.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər