7 ayda xarici vətəndaşlara 6 milyon manata yaxın ƏDV geri qaytarılıb

7 ayda xarici vətəndaşlara 6 milyon manata yaxın ƏDV geri qaytarılıb
14.08.2025 13:30 Maliyyə

Bu ilin yanvar-iyul aylarında Azərbaycan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 5 milyon 874 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarıb.

TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, geri qaytarılan vəsait xarici vətəndaşların ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər