"Vivo X Fold 6" haqqında yeni məlumatlar ortaya çıxdı

İqtisadiyyat

30.04.2026 19:30

"Vivo" şirkətinin 2026-cı ilin iyun ayında Çində satışa çıxarılması gözlənilən yeni qatlanan smartfonu – "Vivo X Fold 6" barədə yeni sızmalar yayılıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, cihaz əvvəl gözlənildiyi kimi "Snapdragon deyil", "MediaTek Dimensity 9500" prosessoru ilə təchiz oluna bilər.

Telefonun 8,01 düymlük 2K keyfiyyətli daxili qatlanan ekranı və 6,51 düymlük xarici ekranı olacağı bildirilir. Ekranda UTG qoruyucu qatından istifadə ediləcək.

Batareya tutumunun təxminən 7000 mAh olması gözlənilir ki, bu da qatlanan telefonlar arasında ən yüksək göstəricilərdən biri ola bilər. Cihaz həmçinin simsiz şarj dəstəyi ilə də gələcək.

Kamera sistemi isə 200 MP əsas sensor, iki 50 MP (ultra geniş və periskop) modul və iki 20 MP selfi kamerasından ibarət ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Vivo,Çin,Smartfon,Ekran,Todaypress.tv,