Qlobal fond bazarlarında İNDEKSLƏR dəyişdi

İqtisadiyyat

28.04.2026 10:58

Qlobal fond bazarlarında əsas indekslər son 24 saat ərzində fərqli istiqamətdə dəyişib.

TodayPress TV xəbər verir ki, ABŞ fond bazarlarında əsas indekslərdə qarışıq dinamika müşahidə olunub.

Belə ki, Dow Jones indeksi 0,13% azalaraq 49 167,79 bəndə, S&P 500 indeksi 0,12% artaraq 7 173,91 bəndə, Nasdaq Composite indeksi isə 0,20% yüksələrək 24 887,10 bəndə çatıb. Eyni zamanda, NYSE Composite indeksi 0,13% azalaraq 22 905,46 bənd, S&P/TSX Composite indeksi isə 0,25% geriləyərək 33 818,18 bənd olub.

Avropa fond bazarlarında əsas indekslərdə əsasən azalma qeydə alınıb. Euro Stoxx 50 indeksi 0,39% azalaraq 5 860,32 bəndə, FTSE 100 indeksi 0,56% geriləyərək 10 321,09 bəndə, DAX indeksi 0,19% enərək 24 083,53 bəndə düşüb. CAC 40 indeksi 0,19% azalaraq 8 141,92 bənd, IBEX 35 indeksi isə 0,01% artaraq 17 692,90 bənd səviyyəsində qərarlaşıb.

Asiya-Sakit okean regionunda da indekslərdə əsasən azalma müşahidə olunub. Nikkei 225 indeksi 0,97% azalaraq 59 950,81 bəndə, Hang Seng indeksi 0,80% geriləyərək 25 719,11 bəndə düşüb. CSI 300 indeksi 0,05% azalaraq 4 768,69 bənd, S&P/ASX 200 indeksi isə 0,62% enərək 8 712,30 bənd təşkil edib. Bununla yanaşı, TOPIX indeksi 0,90% artaraq 3 768,90 bəndə, MSCI AC Asia Pacific indeksi isə 1,17% yüksələrək 258,54 bəndə çatıb.

TodayPress TV

tag: Fond,Bazar,İndeks,Məzənnə,TodayPress.TV,