Çin "Rolls-Royce" və "Bugatti" dizaynında maşın hazırladı

İqtisadiyyat

05.05.2026 19:30

Çinin "Dreame" şirkətinin yeni “Star Motor” adlı alt brendi avtomobil dünyasında böyük müzakirələrə səbəb olub.

TodayPress TV xəbər verir ki, səbəb isə yeni konseptlərin məşhur lüks və superkar modellərinə həddindən artıq bənzəməsidir.

Şirkət bu ilin əvvəlində bir neçə SUV modeli təqdim edib. Onlardan bəziləri dizayn baxımından "Rolls-Royce Cullinan" modelini xatırladır. Daha sonra isə daha futuristik bir sedan konsepti göstərilib ki, o, eyni anda həm "Bugatti Chiron", həm də "Ferrari Purosangue" modellərinin qarışığı kimi görünür.

Yeni konseptdə:

  • Nəhəng ön barmaqlıq
  • Aqressiv LED faralar
  • "Rolls-Royce" üslubunda arxa qapılar var.

Türkan İsgəndərli

TodayPress TV

tag: Çin,Bugatti,Dreame,Rolls-Royce,Todaypress.tv,