“Bitcoin”in qiyməti YENİDƏN BAHALAŞDI

“Bitcoin”in qiyməti YENİDƏN BAHALAŞDI
05.05.2026 10:56 İqtisadiyyat

Son 24 saatda kriptovalyuta bazarında fərqli istiqamətli dəyişikliklər müşahidə olunub.

TodayPress TV xəbər verir ki, "CoinMarketCap" platformasında bazarın lideri olan “Bitcoin”in (BTC) qiyməti 0,65% artaraq 80 861 dollar olub.

“Ethereum”un (ETH) qiyməti 0,44% azalaraq 2 379 dollar, BNB-nin qiyməti 1,07% azalaraq 626 dollar, “Bitcoin Cash”in (BCH) qiyməti isə 1,18% azalaraq 443 dollar olub.

Paralel olaraq qızıla indekslənmiş “Tether Gold” (XAUT) 1,50% ucuzlaşaraq 4529 dollar, “PAX Gold” (PAXG) 1,53%ucuzlaşaraq 4528 dollar səviyyəsində qərarlaşıb.

Digər tərəfdən, “Zcash” (ZEC) 2,10% bahalaşaraq 427 dollar, “Monero” (XMR) 1,75% bahalaşaraq 404 dollar olub.

Ümumilikdə isə qlobal kriptovalyuta bazarının kapitallaşması sutka ərzində 0,31% artaraq 2,67 trln. dollar təşkil edib.

Analitiklərə görə, qarışıq dinamika əsasən ABŞ-da faiz dərəcələri ilə bağlı gözləntilərin dəyişməsi fonunda riskli aktivlərə marağın selektiv şəkildə artması, həmçinin son günlərdə qeydə alınan yüksəlişdən sonra bəzi altkoinlərdə mənfəət götürülməsi ilə əlaqədardır.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər