Asiya robotlarla dünyanı qabaqlayır: Fabriklərdə artıq humanoidlər işləyir

İqtisadiyyat

05.05.2026 19:00

Asiyada humanoid robotlar artıq sərgilərdən çıxaraq real iş mühitinə keçib və Qərb ölkələrini geridə qoymağa başlayıb.

TodayPress TV xəbər verir ki, analitiklər bunu xüsusilə Çinin dövlət dəstəyi və ucuz, effektiv texnologiyalara fokuslanması ilə izah edirlər.

Dünyanın ən böyük batareya istehsalçılarından biri olan CATL artıq zavodlarında humanoid robotlardan istifadə edir. Bu robotlar yüksək riskli işləri məsələn, yüksək gərginlikli batareyaların yığılmasını insanlardan daha sürətli və təhlükəsiz yerinə yetirir.

“Xiaomo” adlı bu robotlar fasiləsiz işləyərək insanlardan üç dəfə daha məhsuldar nəticə göstərir. Eyni zamanda Çinin Dövlət Şəbəkə Korporasiyası minlərlə süni intellekt robotuna milyardlarla dollar sərmayə yatırır. Bu robotlar elektrik xətlərinin yoxlanması, təmir və fövqəladə hallarda istifadə olunacaq.

Trend yalnız Çinlə məhdudlaşmır. Yaponiya da humanoid robotları gündəlik işlərə daxil edir. Yaponiya Haneda Hava Limanında baqaj daşınması üçün robotları sınaqdan keçirməyə başlayır. Məqsəd isə həm işçi çatışmazlığını aradan qaldırmaq, həm də artan turist axınına cavab verməkdir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Asiya,Robot,Humanoid,Çin,Todaypress.tv,