Tarixi gecə: “Bolonya” Superkubokun finalında
“Bolonya” klubu tarixində ilk dəfə İtaliya Superkubokunun finalına yüksəlib.
TodayPress TV xəbər verir ki, “felsinei” yarımfinal mərhələsində penaltilər seriyasında “İnter” klubuna qalib gəlib.
Səudiyyə Ərəbistanında keçirilən turnirin əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. “İnter”in heyətində Markus Tyuram, “Bolonya”da isə Rikardo Orsolini fərqlənib.
Qalib penaltilər seriyasında müəyyənləşib. Bu mərhələdə daha dəqiq olan “Bolonya” 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
İtaliya kubokunun qalibi finalda hazırkı ölkə çempionu “Napoli” ilə üz-üzə gələcək. Neapol təmsilçisi yarımfinalda “Milan”ı 2:0 hesabı ilə məğlub edib.
İtaliya Superkubokunun qalibinin adı dekabrın 22-də bəlli olacaq.
Namiq HUN