Son iki ilin həyəcanı: Stef Karri meydanda hələ son sözünü deməyib!

Son iki ilin həyəcanı: Stef Karri meydanda hələ son sözünü deməyib!
25.09.2026 09:16 İdman

“Qolden Steyt Uorriorz” komandasının lideri və pleymeykeri Stefen Karri basketbolçu karyerasının gələcəyi barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “CNBC Television” məlumat yayıb. 

Təcrübəli basketbolçu hələ də yüksək səviyyədə oynamaq arzusu və gücünün olduğunu vurğulayıb:

“Karyeramın geridə qalan hissəsinin önümdəki günlərdən daha çox olduğunu yaxşı anlayıram. Amma bunda qorxulu heç nə yoxdur. Meydanda reallaşdırmaq istədiyim hələ çox şey var. Bu oyunu hələ də sevirəm və yüksək səviyyədə mübarizə aparacağıma inanıram. 

Hazırda əsas məqsədim növbəti iki ildən maksimum yararlanmaqdır. Ondan sonrasına isə baxarıq, yolun məni hara aparacağını görəcəyik”.

Qeyd edək ki, 38 yaşlı ulduz basketbolçunun “Qolden Steyt”lə qüvvədə olan müqaviləsi 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. Cari mövsümdə Karrinin qazancı 62,58 milyon dollar təşkil edəcək. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər