Sərt sözlər tarixdə qaldı: Emeri Dzyuba barədə müsbət danışdı
Unai Emeri Artyom Dzyuba haqqında fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Sport24”ə danışıb.
Emeri, futbolçu ilə “Spartak Moskva”da birlikdə çalışdığı dövrə toxunub.
Xatırladaq ki, 2012-ci ildə “Dinamo Moskva”ya qarşı 1:5 hesablı məğlubiyyətdən sonra Dzyuba emosiyalarına hakim ola bilməyərək müsahibəsində Emerini “məşqçiçik” adlandırmışdı.
Həmin dövrdən sonra Artyom Dzyubaya qarşı incikliyin qalıbmı?
O, fantastik futbolçu və çox yaxşı insandır, - deyə Emeri bildirib.
Hazırda Dzyuba Tolyattinin “Akron” klubunda çıxış edir. O, karyerası ərzində Moskvanın “Lokomotiv” və Sankt-Peterburqun “Zenit” komandaların da forma geyinib.
Namiq HUN