Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM

Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM
05.08.2026 23:20 Dünya

Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Ukraynanın ABŞ-dəki keçmiş səfiri Olqa Stefanişinaya qarşı yeni ittiham irəli sürüb.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi öz "Telegram" kanalında məlumat yayıb.

Mərkəzin məlumatına görə, söhbət qanunsuz varlanmadan gedir. Xüsusilə, Stefanişinanın tapşırığı ilə üçüncü şəxslər tərəfindən əmlakın əldə edilməsi faktlarının müəyyənləşdirildiyi bildirilir. O, iki mənzili, həmin daşınmaz əmlakın təmirinə xərclənən maliyyə vəsaitini və daha bir mənzilin icarə haqqını bəyan etməyib.

Həmçinin bildirilir ki, Stefanişina anasının müalicəsinə və aviabiletlərə xərclənən vəsaitləri də bəyan etməyib. Qeyd olunan xərclərin şübhəli şəxsin gəlirlərini və qənaət etdiyi vəsaitləri üstələdiyi vurğulanır. Hazırda məhkəmə onun barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxır.

Stefanişinanın işi üzrə prokuror qeyd edib ki, onun əldə etdiyi aktivlərin ümumi dəyəri 13,9 milyon qrivnanı (təxminən 528 780 manat) ötür.

Avqustun 3-də Ukrayna Prezidenti Volodimir Zelenski Stefanişinanın ABŞ-dəki səfir vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. O bu vəzifəni 2025-ci ilin avqustundan tuturdu. Stefanişina iyulun 12-də istefa ərizəsi vermişdi.

İyul ayında ona qarşı ağır nəticələrə səbəb olan hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb. Xüsusilə, Stefanişina Avropa qanunvericiliyinin təhlili zamanı 2,5 milyon qrivnanı (təxminən 95 100 manat) mənimsəməkdə ittiham olunur.

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər