"Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır?

"Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır?
05.08.2026 22:27 Dünya

"İsrail Baş naziri kimi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyam".

TodayPress TV xəbər verir ki, bu sözləri İsrailin Baş nazir Benyamin Netanyahu bildirib.

"Bu gün İran İnqilab Keşikçiləri Korpusunun komandanının İranın nüvə silahı inkişaf etdirməyə davam etmək niyyətində olduğunu bəyan etdiyini eşitdik", – deyə baş nazir vurğulayıb və əlavə edib ki, o, İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq.

ABŞ Prezidenti Donald Trampın İsrailin ən böyük dostu və müttəfiqi olduğunu deyən Netanyahu ölkəsinin varlığının danışıqlar mövzusu olmadığını, onun təhlükəsizliyini və gələcəyini təmin etmək üçün nə lazımdırsa etməkdə qərarlı olduğunu açıq şəkildə qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər