Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ

Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ
05.08.2026 22:51 Dünya

Konqo Demokratik Respublikasının (KDR) bəzi ocaqlarında son bir həftə ərzində Ebola qızdırmasına yeni yoluxma hallarının sayı iki dəfə artıb ki, bu da epidemiyanın cavab tədbirlərinin gücləndirilməsindən daha sürətlə yayıldığını göstərir.

TodayPress TV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

"Epidemiya cavab tədbirlərimizi artırmağımızdan daha sürətlə yayılır. Belə ki, bəzi ocaqlarda yeni halların sayı son bir həftə ərzində iki dəfə artıb", – deyə o qeyd edib.

ÜST rəhbərinin sözlərinə görə, səhiyyə və humanitar təşkilatların nümayəndələri ilə keçirilən görüşün iştirakçıları Ebola ilə mübarizənin bütün istiqamətləri üzrə tədbirlərin "təcili və miqyaslı" şəkildə gücləndirilməsinin zəruriliyi ilə razılaşıblar.

Söhbət xüsusilə tibbi yardıma əlçatanlığın genişləndirilməsindən, epidemioloji nəzarətin gücləndirilməsindən, tibb işçilərinin qorunmasından və təhlükəsiz dəfn mərasimlərinin təşkilindən gedir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər