Rodrini “Barselona”ya gətirən əsas səbəb bəlli oldu!

Rodrini “Barselona”ya gətirən əsas səbəb bəlli oldu!
15.09.2026 16:19 İdman

“Barselona”nın yarımmüdafiəçisi Rodri 2026-cı ilin yayında “Real Madrid”in deyil, Kataloniya klubunun formasını geyinmək qərarının səbəblərindən danışıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Mundo Deportivo”ya açıqlamasında bildirib.

İspaniyalı futbolçu “Barselona”da daha böyük uğurlar qazana və futbolçu kimi daha çox inkişaf edə biləcəyinə inanmasının seçimində əsas amillərdən biri olduğunu deyib.

“Mən iki-üç həftə sakit şəkildə istirahət etmək istəyirdim, amma bu, mümkün olmadı. Çoxsaylı amilləri nəzərə almaq lazım idi. Çünki dünyanın ən yaxşı iki klubundan biri ilə bağlı belə mühüm qərar qəbul edirdim.

Sonda qərarım idman amillərinə, motivasiyaya, harada daha böyük uğur qazana və futbolçu kimi inkişaf edə biləcəyimə dair düşüncələrimə əsaslandı.

Bu, asan deyildi. “Real Madrid”ə “yox” demək, xüsusilə mənə qarşı münasibətlərinin bu qədər yaxşı olduğunu nəzərə alsaq, heç də asan olmadı. Amma sonda Deku və Flik məni inandıra bildilər”, – deyə Rodri bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər