Rəşid Məmmədəliyev “Böyük Dəbilqə”nin bürünc medalını qazandı

İdman

02.05.2026 17:15

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

TodayPress TV xəbər verir ki, milli üzvü üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudi ilə yarışıb.

Rəqibinə qalib gələn Məmmədəliyev fəxri kürsünün üçüncü pilləsinə qalxıb. 

Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. 

Milli üzvlərindən Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyiblər. 

“Böyük Dəbilqə” mayın 3-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

tag: Rəşid Məmmədəliyev,Cüdo,Bürünc,Medal,Todaypress.tv,