Hindistan XƏBƏRDARLIQ ETDİ: Sərbəst gəmiçilik bərpa olunmalıdır!

Hindistan XƏBƏRDARLIQ ETDİ: Sərbəst gəmiçilik bərpa olunmalıdır!
04.08.2026 22:20 Dünya

Hindistan Xarici İşlər Nazirliyi Yəmən sahillərində "Faize Noore Oliya" adlı gəmiyə edilən hücumu pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir.

"Biz 4 avqust 2026-cı il tarixində Qırmızı dənizdə, Yəmən sahillərində batan Hindistan bayraqlı "Faize Noore Oliya" ticarət gəmisinə hücumu pisləyirik".

Qeyd olunub ki, ölkənin Ər-Riyaddakı səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və heyətin təhlükəsizliyini təmin etmək məqsədilə Yəmən hakimiyyəti ilə fəal koordinasiya aparılır.

"Regionda ticarət gəmilərinə davam edən hücum halları dərin narahatlıq doğurur. Regionda ticarət gəmilərinə hücumlar dayandırılmalı, beynəlxalq hüquq normalarına uyğun olaraq regionun beynəlxalq su yollarında sərbəst və maneəsiz gəmiçilik və ticarət ən qısa zamanda bərpa olunmalıdır", – deyə Hindistan XİN bəyan edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər