Latviya Belarus ilə sərhədə kəşfiyyat PUA-sı qaldırdı

Latviya Belarus ilə sərhədə kəşfiyyat PUA-sı qaldırdı
04.08.2026 23:20 Dünya

Latviyanın təhlükəsizlik qurumları Belarusla sərhəd rayonları üzərində uçuş həyata keçirən kəşfiyyat pilotsuz uçuş aparatını (PUA) yenidən havaya qaldırıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" agentliyinə Avropa İttifaqının hava hərəkətini idarəetmə xidmətlərindəki mənbə məlumat verib.

"Kəşfiyyat dronu hazırda Latviya-Belarus sərhədi yaxınlığında yerləşən rayonların üzərində müşahidə olunur, uçuş təxminən 1 km hündürlükdə həyata keçirilir", - deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, söhbət hərəkət edən hədəflərin müşahidəsi, aşkar edilməsi və kəşfiyyat məlumatlarının toplanması üçün hazırlanmış "Penguin C UAS" aparatından gedir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər