Həbsxanalarda yer bitdi, cinayətkarlar küçələrə buraxılır

Həbsxanalarda yer bitdi, cinayətkarlar küçələrə buraxılır
05.08.2026 04:40 Dünya

Böyük Britaniya hökuməti cəzaçəkmə müəssisələrində yer çatışmazlığı səbəbindən məhbusların vaxtından əvvəl azadlığa buraxılması proqramını davam etdirir.

TodayPress TV xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Endi Bernem "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, zorakılıq və uşaqlara qarşı ağır cinayətlər törətdiyinə görə məkum olunmuş şəxslər üçün istisnalar ediləcək. Bernem yaranmış vəziyyətə görə 2010-cu ildən 2024-cü ilə qədər hakimiyyətdə olmuş Mühafizəkarlar Partiyasını ittiham edib:

"İndi sistem praktiki olaraq öz həddinə çatıb. Yeni hüquq pozucularının vaxtında həbsxanaya yerləşdirilə bilməməsi riski var", – deyə o yazıb.

O nəzərə çatdırıb ki, hakimiyyət orqanları azadlığa buraxılan məhbuslar üzərində daha sərt nəzarət tədbirləri tətbiq edəcək. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər