Bu ölkədə hava temperaturu 41 dərəcəyə çatdı!

Bu ölkədə hava temperaturu 41 dərəcəyə çatdı!
05.08.2026 05:30 Dünya

Avstriyada hava temperaturu rekord göstəriciyə - 41 dərəcə Selsiyə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Der Standard" qəzeti "Geosphere Austria" meteorologiya xidmətinə istinadən məlumat yayıb.

Meteorologiya xidmətinin məlumatına görə, cəmi bir gün ərzində temperatur 40,8 dərəcədən 41 dərəcəyə yüksəlib ki, bu da bütün müşahidə tarixi ərzində ən yüksək göstərici olub.

Qeyd olunub ki, Vyana və Aşağı Avstriya federal torpağının şərqində ən yüksək səviyyəli hava xəbərdarlığı qüvvədə qalır.

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər