Zeynəb Sultanova finala yüksəldi, medal hədəfinə yaxınlaşdı!
Güllə atıcısı Zeynəb Sultanova U-23 Avropa Çempionatında finala yüksəlib.
TodayPress TV xəbər verir ki, o, Polşanın Vrotslav şəhərində keçirilən qitə turnirində uğurlu çıxışı ilə fərqlənərək qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapança yarışında həlledici mərhələyə vəsiqə qazanıb.
Təsnifat mərhələsində yüksək nəticə göstərən Z.Sultanova çempionatın medalları uğrunda mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, qitənin ən güclü gənc güllə atıcıları avqustun 12-dək çempionatın qalib və mükafatçılarının adına aydınlıq gətirəcəklər.
Namiq HUN