Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx!
ABŞ-li ekspert Kevin O'Konnor “Denver Naggets” klubunun serbiyalı ulduzu Nikola Yokiçin ölkə tarixinin ən böyük şəxsiyyətləri arasındakı yeri barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Sports NBA məlumat yayıb.
Ekspertin sözlərinə görə, NBA-nın üçqat MVP-si olan Yokiç hələlik nə əfsanəvi tennisçi Novak Cokoviçi, nə də digər görkəmli serbləri geridə qoyacaq səviyyədə deyil.
“Fikrimcə, Aleks Layfson tarixin ən böyük beş serbindən biridir. Onun əsl soyadı Jivoinoviçdir və bu, “həyatın oğlu” mənasını verir. Məhz buna görə səhnə adı Layfson olub.
Şəxsi reytinqimdə Nikola Tesla, Novak Cokoviç, Aleks Layfson, Predraq Stoyakoviç və Boqdan Boqdanoviç yer alır. Ola bilsin ki, bu siyahıda NBA-ya olan sevgimin təsiri var. Amma Nikola Yokiç serblər arasında bir nömrə olmaq istəyirsə, ən azı daha bir NBA çempionluğu qazanmalıdır.
Hazırda Yokiç Cokoviçdən, Layfsondan və xüsusilə də Nikola Tesladan üstün sayıla bilməz. O, həm NBA tarixinin ən böyükləri sırasında, həm də mənim şəxsi serb reytinqimdə yüksəlmək üçün daha çox çempionluq əldə etməlidir. Hazırda isə o, yəqin ki, tarixin ən varlı serblərindən birinə çevriləcək", – deyə O'Konnor bildirib.
Namiq HUN