"Qarabağ" Ukrayna klubuna uduzdu
“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşünə çıxıb.
TodayPress TV xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib.
Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. "Köhlən atlar"ın qollarını Jali Muaddib və Kadi Borges (p) vurublar.
Ağdam təmsilçisi günün ikinci sınağında isə Macarıstanın “Ferentsvaroş” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Avstriyanın “Tirol” komandasını 4:0 hesabı ilə məğlub edib.