Premyer Liqada qalmaqal: Pedro Netu FA tərəfindən cəzalandırıldı
“Çelsi” klubunun hücumçusu Pedro Netu İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən cəzalandırılıb.
TodayPress TV xəbər verir ki, futbolçu Premyer Liqanın XXVIII turunda “Arsenal”la (1:2) oyunda qeyri-idman hərəkəti səbəbindən 1 oyunluq diskvalifikasiya alıb.
FA həmçinin portuqaliyalı hücumçunu 70 min funt sterlinq məbləğində cərimələyib.
Qeyd olunur ki, Netu qırmızı vərəqə aldıqdan sonra meydanı vaxtında tərk etmədiyi və hakimə qarşı təhqiramiz ifadələr işlətdiyi üçün bu cəza ilə üzləşib.
Namiq HUN