Paris klubunda şok itki
UEFA PSJ-nin futbolçusu Lukas Hernandesin cəzasını açıqlayıb.
TodayPress TV qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin V turunda, “Tottenhem”lə görüşdə qırmızı vərəqə alan müdafiəçi Paris təmsilçisinin növbəti 3 avrokubok matçını buraxacaq.
O, “Atletik”, “Sportinq” və “Nyukasl”la oyunlarda meydanda olmayacaq.
Xatırladaq ki, Lukas Hernandes noyabrın 26-da “Tottenhem”ə (5:3) qalib gəldikləri oyunda Xavi Simonsu dirsəklə vuraraq qırmızı vərəqə alıb.
Namiq HUN