Monzada Şumaxer küləyi əsəcək: “Ferrari”dən xüsusi sürpriz!

Monzada Şumaxer küləyi əsəcək: “Ferrari”dən xüsusi sürpriz!
01.09.2026 12:53 İdman

“Ferrari” komandası “Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin şərəfinə “İtaliya Qran-prisi” üçün xüsusi livreyasını təqdim edib.

TodayPress TV xəbər verir ki, komandanın SF-26 bolidi üçün hazırlanan xüsusi dizayndan yeddiqat dünya çempionu Lyuis Hemilton və onun komanda yoldaşı Şarl Lekler Monzada keçiriləcək yarışda istifadə edəcəklər.

2026-cı ildə Monzada keçiriləcək İtaliya Qran-prisi Şumaxerin “Ferrari” ilə ilk qələbəsinin (1996) 30-cu, Formula 1-də sonuncu qələbəsinin (2006) isə 20-ci ildönümünə təsadüf edəcək.

Qeyd edək ki, Mixael Şumaxer 1996-2006-cı illərdə “Ferrari”nin heyətində çıxış edib. Almaniyalı pilot 2000-2004-cü illərdə ardıcıl beş dəfə dünya çempionu olub.

Ümumilikdə Şumaxer İtaliya Qran-prisini beş dəfə qazanıb.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Monzada Şumaxer küləyi əsəcək: “Ferrari”dən xüsusi sürpriz! — 1
Monzada Şumaxer küləyi əsəcək: “Ferrari”dən xüsusi sürpriz! — 2
Monzada Şumaxer küləyi əsəcək: “Ferrari”dən xüsusi sürpriz! — 3
XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər