Mik Şumaxer yeni yarışa hazırdır!

İdman

29.04.2026 16:36

Almaniyalı pilot Mik Şumaxer “İndi-500” yarışında iştirak üçün tələb olunan xüsusi testləri uğurla başa vurub.

TodayPress TV xəbər verir ki, “Rahal Letterman Lanigan Racing” komandasının üzvü olan sabiq “Formula-1” pilotu “Rookie Orientation Programme” proqramından keçərək yarışa buraxılış alıb.

Mik Şumaxer daha əvvəl 2,5 millik (4 km) oval trasda yarışmadığı üçün qaydalara əsasən iki günlük açıq testlərin ilk günündə yeni sürücülər üçün nəzərdə tutulan tanışlıq proqramını tamamlamalı idi.

Proqrama əsasən, Şumaxer əvvəlcə saatda 205-210 mil (330-338 km/saat) sürətlə 10 dövrə vurmalı idi. Daha sonra 215-220 mil/saat (346-354 km/saat) aralığında 15 dövrə və sonda 215 mildən çox sürətlə daha 15 dövrə qət etməli idi.

Almaniyalı pilot bütün mərhələləri uğurla tamamlayıb və artıq İndianapolis avtodromunda digər yeni iştirakçılar kimi yarışın qalan hazırlıq mərhələlərində iştirak edə biləcək.

Namiq HUN

TodayPress TV

tag: Mik Şumaxer,İndi-500,Pilot,Yarış,Todaypress.tv,