İnamlı səfər qələbəsi! - “Sumqayıt” Yevlaxdan 3 xalla döndü

İdman

30.01.2026 16:58

Azərbaycan Premyer Liqasında XVIII turun oyunlarına start verilib.

TodayPress TV xəbər verir ki, turun ilk oyun günündə “Karvan-Yevlax” doğma şəhər stadionunda “Sumqayıt” klubunu qəbul edib.

Görüşdə hesab 20-ci dəqiqədə açılıb. Aleksa Yankoviçin qolu ilə “Sumqayıt” önə keçib - 0:1.

Ardınca 33-cü dəqiqədə Ronaldo Vaskez fərqlənərək hesab arasındakı fərqi artırıb - 0:2.

İkinci hissədə qapılara qol vurulmayıb və qarşılaşma “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarının sayını 30-a çatdıran “Sumqayıt” turnir cədvəlində 4-cü pilləyə yüksəlib. 6 xalı olan “Karvan-Yevlax” isə sonuncu — 12-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XVIII tura fevralın 1-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

tag: PL,Azərbaycan,Karvan-Yevlax,Sumqayıt,Todaypress.tv,