Futbol həyəcanı başlayır - millimizin planı açıqlandı!

Futbol həyəcanı başlayır - millimizin planı açıqlandı!
05.05.2026 17:27 İdman

Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.

TodayPress TV xəbər verir ki, millimiz Avstriya toplanışı zamanı iki yoldaşlıq oyunu keçirəcək. 

Komandamız iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq.

Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda keçiriləcək. 

Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlanması nəzərdə tutulur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər