Futbol dünyasında bir dövr bitir – Yanq son oyununa çıxır!
İdman
30.04.2026 14:11
“Ipsviç Taun” klubunun 40 yaşlı müdafiəçisi Eşli Yanq peşəkar karyerasını başa vurmağa hazırlaşdığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, təcrübəli futbolçu Çempionşip çərçivəsində mayın 2-də keçiriləcək “Kuinz Park Reyncers”ə qarşı oyunun onun üçün son matç ola biləcəyini bildirib.
Yanq sosial şəbəkədə paylaşımında futbol yolunu belə təsvir edib:
““Sefton Roud”dan “Vikaric Roud”a, “Villa Park”dan “Uembli”yə, “Old Trafford”dan “San-Siro”ya, yenidən “Villa Park”, sonra “Qudison Park” və nəhayət “Portman Roud”. Bu, uşaqlıqda yalnız xəyal edə biləcəyim inanılmaz səyahət idi. Amma hər xəyalın bir sonu olur və şənbə günü mənim peşəkar karyeramdakı son oyun ola bilər. 23 il - və bu qədər!”
Qeyd edək ki, Eşli Yanq karyerası ərzində “Uotford”, “Aston Villa”, “Mançester Yunayted”, “Everton” və İtaliyanın “Inter” klublarında çıxış edib.
Namiq HUN
tag: Eşli Yanq,Ipsviç Taun,Klub,Karyera,Todaypress.tv,
