Fransalı hücumçu hələ lider rolunu tam doğrultmayıb

İdman

02.05.2026 16:24

“Real Madrid”də Kilian Mbappenin liderlik keyfiyyətlərindən narazılıq olduğu bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə COPE məlumat yayıb. 

Bildirilir ki, fransalı hücumçu klub daxilində nə paltardəyişmə otağında, nə də meydanda gözlənilən liderlik rolunu tam şəkildə nümayiş etdirə bilmir.

Klub rəhbərliyi ümid edirdi ki, Mbappe uğursuz startdan sonra özünü toparlayacaq və lider kimi önə çıxacaq, lakin bu, hələ baş verməyib.

Hazırda futbolçu sol ayağının yarımtendon əzələsindən aldığı zədədən bərpa olunur. O, La Liqanın 34-cü turunda “Espanyol” ilə keçiriləcək oyunu buraxacaq.

Bununla belə, Mbappenin 35-ci turda “Barselona” ilə baş tutacaq görüşə hazır olacağı gözlənilir.

Namiq HUN

TodayPress TV

tag: Kilian Mbappe,Real Madrid,Zədə,Futbol,Todaypress.tv,