Əfsanə geri qayıdır
Meksika yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.
TodayPress TV xəbər verir ki, sabiq müdafiəçi Rafael Markes DÇ-2026-dan sonra komandaya rəhbərlik edəcək.
O, bu postda hazırda millini çalışdıran Xavyer Aqirreni əvəz edəcək.
Qeyd edək ki, “Barselona” klubunun sabiq üzvü 2024-cü ildən Meksika yığma komandasında məşqçilər korpusunda yer alır.
Namiq HUN