Dünya izləyəcək: Bakı-Xankəndi yarışı təqdim edildi
“Eurosport” və “Euronews” telekanallarında mayın 10-14 tarixlərində keçiriləcək “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışına həsr olunan təqdimat videoçarxı nümayiş etdirilir.
TodayPress TV xəbər verir ki, təqdimatda yarışın beş mərhələsi və iştirakçıların keçəcəyi ərazilər öz əksini tapıb.
Qeyd edək ki, 1 Dünya Turu komandası, 4 Pro-Tur komandası, 19 kontinental komanda və Azərbaycan yığma komandası Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) yüksək səviyyəli, 2.1 kateqoriyalı yarışında iştirakını təsdiqləyib.
Namiq HUN