Deşam erası geridə qaldı: Zinəddin Zidan fransız ulduzlarla böyük sınaq qarşısında!

Deşam erası geridə qaldı: Zinəddin Zidan fransız ulduzlarla böyük sınaq qarşısında!
25.09.2026 09:04 İdman

Fransa milli komandasının baş məşqçisi Zinəddin Zidan UEFA Millətlər Liqasının A Liqasının 1-ci turunda Türkiyəyə qarşı keçiriləcək oyundan əvvəl Didye Deşamın 14 illik fəaliyyətindən sonra komandada başlayan yeni mərhələ haqqında danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Təcrübəli mütəxəssis əsas diqqətin komanda oyununa və gənc futbolçulara yönəldiyini vurğulayıb:

“Didye Deşamın 14 illik işindən sonra biz yolumuza davam edirik. Burada əsas simalar futbolçulardır. Mən öz işimi görməyə, oyunçularla birlikdə oyunu qurmağa və qələbə qazanmağa çalışacağam. Bütün bunlardan daha çox məni maraqlandıran budur. Gördüklərim xoşuma gəlir. Məqsədlərdən biri də daha əvvəl milliyə dəvət almayan gənc futbolçulara baxmaq idi. Fransa milli komandasının qapıları hər kəs üçün açıqdır. Bizim həm təcrübəli oyunçuların, həm də gənclərin yer aldığı yaxşı kollektivimiz var. Bu, çox yaxşıdır”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər