DÇ-2026: Konqo tarixində ilk dəfə pley-offa yüksəldi
Futbol üzrə dünya çempionatında Konqo Demokratik Respublikası Özbəkistana qalib gəlib.
TodayPress TV -nin məlumatına görə, Atlanta stadionunda baş tutan K qrupunun III turunun matçında Konqo 3:1 hesablı qələbəyə sevinib.
Qələbə qazanan komandanın qollarını Yoan Vissa (68-pen, 90+1) və İbrahim Mayele (78) vurublar. Asiya təmsilçisinin heyətində isə Eldor Şomurodov 10-cu dəqiqədə diqqət mərkəzinə düşüb.
Bu nəticənin ardından xallarının sayını 4-ə çatdıran Konqo ən yaxşı qrup üçüncüləri arasına düşüb və tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Xalsız Özbəkistan isə mundialla vidalaşıb.
Qeyd edək ki, Konqonun pley-offdakı rəqibi İngiltərə seçməsi olacaq.