DÇ-2026: İspaniya pley-offa yüksəldi
ABŞ-də keçirilən futbol üzrə dünya çempionatının H qrupunun III turunda İspaniya Uruqvay üzərində minimal hesablı qələbə qazanıb.
TodayPress TV xəbər verir ki, Qvadalxara stadionunda keçirilən görüşdə yeganə qolu 42-ci dəqiqədə Aleks Baena vurub.
Bu qol İspaniyaya 1:0 hesablı qələbə qazandırıb.
Qazanılan üç xal sayəsində İspaniya xallarının sayını 7-yə çatdıraraq H qrupunu birinci pillədə başa vurub və pley-off mərhələsinə qrup lideri kimi vəsiqə əldə edib.