Çimayev xəbərdarlıq etdi: “Şon çox dözümlü insandır”
UFC-nin sabiq orta çəki (84 kq-a qədər) çempionu Həmzət Çimayev amerikalı Şon Striklendlə fransalı Nassurdin İmavov arasında keçirilməsi ehtimal olunan titul döyüşü barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, Çimayev qarşılaşmanın çətin keçəcəyini düşünür.
O, İmavovun əvvəlki görüşdən sonra zərbə texnikasını əhəmiyyətli dərəcədə təkmilləşdirdiyini hesab edir.
“Çətin döyüş olacaq. Ümid edirəm ki, İmavov onların əvvəlki döyüşündən, üstündən bir neçə il keçdiyi üçün, zərbə texnikasını təkmilləşdirib. Düşünürəm ki, zərbələrdə üstünlük qazana bilər.
Şon, bilirsiniz, çox dözümlü insandır. Əgər o, İmavovu dözümlülük baxımından üstələsə, işlər çətinləşəcək. Amma İmavov özünü yaxşı hiss etsə, düşünürəm ki, texniki baxımdan o, Şondan xeyli üstündür”, – deyə Çimayev bildirib.
Namiq HUN