Basketbolçu qızlarımız Tailandda ilk qələbəsini qeyd etdi
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandda keçirilən FIBA Çempionlar Kubokunda ilk qələbəsini qazanıb.
TodayPress TV xəbər verir ki, Banqkok turnirinin B qrupunda yer alan yığma ev sahibi komanda ilə qarşılaşıb.
Görüş millimizin 21:8 hesablı qələbəsi ilə başa çatıb. Daha əvvəl isə komandamız turnirin ilk oyununda Kanada millisinə uduzub - 10:16.
Yığma komandamız qrupdakı son matçını martın 14-də İspaniyaya qarşı keçirəcək.
Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya qazanacaq.
Namiq HUN