Bakı yenidən dünya səhnəsində: daha iki mötəbər güləş yarışı keçiriləcək
Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.
TodayPress TV xəbər verir ki, Bakıda çimərlik güləşi üzrə iki beynəlxalq turnir keçiriləcək.
Avqustun 27-də paytaxtda U17 dünya çempionatı baş tutacaq. Növbəti iki gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.
Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U17 dünya çempionatına da ev sahibliyi edəcək.
Namiq HUN