Azərbaycan millisi FIFA reytinqində gerilədi
Azərbaycan millisi FIFA reytinqində daha iki pillə gerilədi.
TodayPress TV ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, milli komanda 1148,09 xalla 124-cü sırada qərarlaşıb.
Xatırladaq ki, yığmamız DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya (0:5) məğlub olub, Ukrayna seçməsi ilə isə heç-heçə edib - 1:1.
FIFA reytinqinə 1875,37 xalla İspaniya başçılıq edir. Fransa (1879,92) ikinci, Argentina isə (1870,32) üçüncü yerdədir.
Namiq HUN