Lamin Yamal unikal rekorda imza atdı

Lamin Yamal unikal rekorda imza atdı
15.07.2026 10:03 İdman

İspaniya millisinin futbolçusu Lamin Yamal unikal rekorda imza atıb.

TodayPress TV "Opta"ya istinadən xəbər verir ki, 19 yaşlı hücumçu buna dünya çempionatının yarımfinalında Fransanı məğlub etmələri (2:0) sayəsində nail olub.

Gənc forvard mundial və Avropa çempionatında start heyətində oynadığı 12 matçın hamısında qalib gəlib.

O, tarixdə bunu bacaran ilk futbolçudur.

Xatırladaq ki, İspaniya millisi finalda İngiltərə - Argentina cütünün qalibi ilə üz-üzə gələcək. Turnirin final görüşü iyulun 19-da keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər