Azərbaycan Kubokunun sahibi Rusiya klubunu çalışdıracaq
“Ural” futbol klubu Vasili Berezutskinin baş məşqçi vəzifəsinə təyinatını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O bu postda istefaya göndərilən Miroslav Romaşenkonu əvəzləyib. Müqavilənin müddəti açıqlanmayıb. Yekaterinburq təmsilçisi 41 xalla Rusiya Birinci Liqasının liderlər qrupunda yer alıb.
Xatırladaq ki, Vasili Berezutski 2024/2025 mövsümündə “Sabah” klubunun baş məşqçisi olub. “Bayquşlar” onun rəhbərliyi altında Azərbaycan Kubokunu qazanıb.
Namiq HUN