Azərbaycan cüdoçuları Astanada: "Böyük Dəbilqə" heyəti açıqlandı
İdman
05.05.2026 22:36
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 8-10 mayda Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turniri keçiriləcək.
TodayPress TV xəbər verir ki, yarışda 7 çəki dərəcəsində Azərbaycanın 11 cüdoçusu (6 kişi, 5 qadın) mübarizə aparacaq.
İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.
Heyəti təqdim edirik:
Kişilər:
66 kq
Rəşad Yelkiyev
Turan Bayramov
73 kq
Rəşid Məmmədəliyev
90 kq
Aslan Kotsoyev
+100 kq
Camal Feyziyev
Uşanqi Kokauri
Qadınlar:
48 kq
Könül Əliyeva
Şəfəq Həmidova
52 kq
Gültac Məmmədəliyeva
Leyla Əliyeva
70 kq
Südabə Ağayeva.
tag: Cüdo,Astana,Böyük Dəbilqə,Turnir,
