Ançelotti sonrası dövr? “Real” Emeri variantını işə saldı

Ançelotti sonrası dövr? “Real” Emeri variantını işə saldı
29.01.2026 14:29 İdman

Madrid “Real”ı baş məşqçi postu üçün Unai Emerini əsas namizəd kimi nəzərdən keçirir.

TodayPress TV İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi mümkün təyinatla bağlı bir neçə gün əvvəl “Aston Villa”nın baş məşqçisi Unai Emeri ilə ilkin danışıqlar aparıb.

Hazırda 54 yaşlı mütəxəssis “Real”da baş məşqçi vəzifəsini tutmağa ən real namizəd hesab olunur.

Qeyd edək ki, Unai Emeri 2022-ci ildən “Aston Villa”ya rəhbərlik edir. Təcrübəli çalışdırıcı məşqçilik karyerası ərzində Rusiyanın “Spartak”, İspaniyanın “Sevilya” və “Vilyarreal”, həmçinin İngiltərənin “Arsenal” klublarında da fəaliyyət göstərib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər