“24 saat Nürburqrinq”: Ferstappen əlavə mərhələlərə qatılacaq
İdman
30.04.2026 17:27
“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen “24 saat Nürburqrinq” yarışının həlledici kvalifikasiya mərhələsinə birbaşa vəsiqə qazana bilməyib.
TodayPress TV xəbər verir ki, Ferstappenin “Mercedes-AMG GT3” ilə çıxış edən heyəti aprel seçmə yürüşlərinin nəticələrinə əsasən ilk beşlikdə yer almayıb.
Artıq beş komanda – “Ferrari”, “Audi”, “Mercedes-Benz”, BMW və “Lamborghini” – Top Qualifying 3 mərhələsində iştirakını təmin edib.
Ferstappen isə komanda yoldaşları – Daniel Xunkadella, Lukas Auer və Jül Qunon ilə birlikdə həlledici mərhələyə yüksəlmək üçün Top Qualifying 1 və Top Qualifying 2 mərhələlərindən keçməlidir.
Qeyd edək ki, 2026-cı ildən tətbiq edilən yeni qaydalara əsasən SP9-Pro sinfində komandalar hər kvalifikasiya mərhələsində fərqli pilotlardan istifadə etməlidir. Bu isə yalnız bir sürətli dövrə ustasına güvənmək imkanını aradan qaldırır.
Final mərhələsində ümumilikdə 12 ekipaj iştirak edəcək, onlardan yeddisi yarış həftəsonunda müəyyənləşəcək. Yarış mayın 16-17-də keçiriləcək.
Namiq HUN
tag: Formula-1,Maks Ferstappen,24 saat Nürburqrinq,Yarış,Todaypress.tv,
