Tərtərdə dəhşətli qəza - Ölənlər var

Tərtərdə dəhşətli qəza - Ölənlər var
16.07.2026 21:32 Hadisə

Tərtər rayonunda minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində iki nəfər ölüb.

TodayPress TV xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Təzəkənd kəndində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük maşını toqquşub. Güclü zərbə nəticəsində minik avtomobilində olan iki nəfər hadisə yerində həyatını itirib. Onların meyitləri deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər