Ömər Eldarovun son vəziyyəti açıqlandı
Xalq rəssamı Ömər Eldarovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
TodayPress TV APA-ya istinadla xəbər verir ki, bu barədə onun köməkçisi məlumat verib.
Qeyd olunub ki, isti hava şəraiti Ömər Eldarovun səhhətinə mənfi təsir göstərib.
O, xəstəxanada tibbi müayinədən keçdikdən sonra evə buraxılıb.
21:31
Görkəmli heykəltaraş, Xalq rəssamı Ömər Eldarovun vəziyyəti pisləşib.
TodayPress TV "Qafqazinfo"ya istinadla xəbər verir ki, 99 yaşlı akademik Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Ö.Eldarov hazırda orada müalicə alır.