Kəlbəcərdə hərbçilər qəzaya düşdülər: Yaralılar var

Kəlbəcərdə hərbçilər qəzaya düşdülər: Yaralılar var
08.07.2025 10:30 Hadisə

Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.

TodayPress TV "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyev UAZ markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü və sərnişinlər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər