Bakıda yanğın oldu, 22 nəfər təxliyə edildi

Bakıda yanğın oldu, 22 nəfər təxliyə edildi
24.06.2025 16:58 Hadisə

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yaşayış binasında yanğın olub.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallara Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 46kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10kv.m sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər