“Azərsilah”ın poliqonunda yanğın: Nazirlik açıqlama yaydı

“Azərsilah”ın poliqonunda yanğın: Nazirlik açıqlama yaydı
19.07.2026 12:15 Hadisə

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı dünən axşam saatlarında yanğın hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbi və digər təfərrüatlar araşdırılır.

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər