Ağdamda minalanmış ərazidə yanğın baş verdi

Ağdamda minalanmış ərazidə yanğın baş verdi
19.07.2026 12:05 Hadisə

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdam rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə TodayPress TV-yə FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.


Əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər